Qaydaları pozan avtomobil və motosiklet sürücüləri cərimələndi - SUMQAYITDA

# 11:32
19 may 2021

Atmosferin nəqliyyatdan atılan zərərli qazlarla çirkləndirilməsinin qarşısının alınması məqsədilə Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən hərəkətin intensiv olduğu küçə və prospektlərdə nəzarət-profilaktiki tədbirlər keçirilib.

 

APA TV-nin məlumatına görə, keçirilən tədbir zamanı avtomobillər saxlanılaraq xüsusi cihazlar vasitəsilə onlarda zərərli qazların miqdarı yoxlanılıb. Bəzilərinin normadan artıq tullantı ixrac etdiyi müəyyən edilib. Həmin avtomobil sahibləri ilə izahedici söhbətlər aparılıb və qazların ixracının normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra nəqliyyat vasitələrindən istifadə etməli olduqları onların diqqətinə çatdırılıb.

 

Standartlara cavab verməyən avtomobillərin sürücüləri barəsində inzibati qaydada tədbir görülüb.

 

Bununla yanaşı, son zamanlar vətəndaşların narazılığına səbəb olan və kuryer xidməti göstərən şirkətlərin motosiklet sürücüləri, digər hərəkət iştirakçıları olan velosipedçilər və qaydaları pozan piyadalar da saxlanılıb:

 

Sumqayıt Dövlət Yol Polisi şöbəsinin tağım komandiri Fariz Ramazanzadə sürücülərə manevr qaydalarını pozmamalarını tövsiyə edir: “Digər hərəkət iştirakçılarının narazılığına səbəb olmasınlar. Onu da qeyd etmək istəyirəm ki, həmin sürücülərin iştirakı ilə olan yol-nəqliyyat hadisələri demək olar ki, həmin sürücülərin günahı ucbatında olur. Digər sürücü də problemə düşür. Ağır nəticəyə səbəb olur. Ondan əlavə kuryer işi ilə məşğul olan sürücülərə, motoistifadəçilərə səslənirəm ki, diqqətli olsunlar piyadalara yol versinlər”.

 

Həmin şəxslər barəsində də qanunamüvafiq tədbirlər görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR