Qaydaları pozan sürücülər cərimələndi
Ağdam polisi reyd keçirib.
APA TV-nin Qarabağ bürosunun verdiyi xəbərə görə, Rayonun Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları Quzanlı qəsəbəsində dayanma-durma və park etmə qaydalarını pozan sürücüləri cərimələyib. Hərəkətin intensiv olduğu ərazilərdə keçirilən reydlər zamanı müəyyən edilməyən ərazilərdə avtomobilləri park edən sürücülər aşkarlanıb və xəbərdarlıq edilib.
Reyd zaman qaydalara əməl etməyən 50 nəfər sürücü inzibati xətalar məcəlləsinin müvafiq bəndinə uyğun olaraq cərimələnib.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?