Qaz xəttini səkinin ortası ilə kim çəkib? - “AZƏRİQAZ” AÇIQLADI

# 18:31
8 avqust 2022

Sabunçu rayonu Bakıxanov qəsəbəsində qaz xətti səkinin tam ortası ilə çəkilib. Bununla bağlı sosial şəbəkələrdə videogörüntülər yayılıb. APA TV xəbər verir ki, Ruhulla Axundov küçəsində çəkilən bu qeyri-adi qaz xətti vətəndaşların təəccübünə səbəb olub. İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr Şobəsinin rəisi Eldəniz Vəliyev APA TV-yə bildirdi ki, əslində səki qaz xətti çəkiləndən sonra genişləndirilib. Beləcə xətt səkinin tam ortasına düşüb: “Məlumat üçün deyim ki, bu xətt əvvəlcə səkinin kənarında olub. Qaz idarəsinin normal bir əməkdaşı və ya lisenziyalı podratçı səkinin tam ortasından qaz xətti çəkməz. Bunun standartlara uyğun olmadığı hamıya bəllidir. Problemi yaradan səbəb odur ki, sonradan həmin səki genişlənib və nəticədə çəkilən qaz xətti səkinin ortasında qalıb. “Azəriqaz” İstehsalat Birliyi olaraq, dərhal məsələ ilə bağlı araşdırmaya başladıq. Həqiqətən də, həmin qaz xətlərinin vətəndaşların gediş-gəlişinə ciddi maneə yaratdığını gördük. “Azəriqaz”ın öz daxili resursları hesabına, qısa zamanda, yəni avqustun 6-da həmin xəttin səki üzərindən keçən 105 metrlik məsafəsi kənarlaşdırıldı”. Şöbə rəisi bildirdi ki, artıq ərazidə piyadaların hərəkətinə mane olacaq problem qalmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR