Qazax Müəllimlər Seminariyasının bərpası ilə bağlı saziş imzalandı
Qazax Müəllimlər Seminariyasının tarixi binası qarşısında tədbir keçirib. Tədbirdə 40 iştirakçı və Azərbaycanın müxtəlif regionlarından gələn müəllimlər, məktəb direktorları və tanınmış ziyalılar iştirak ediblər.
Qeyd olunub ki, Seminariya yenidən əsaslı təmir ediləcək və Azərbaycan Təhsilinə öz dəyərləri və keyfiyyətli tədrisi ilə yeni nəfəs verəcək. Heydər Əliyev Fondu, ADA universiteti və fondu, Azərbaycan Sahibkarlar Konfederasiyası və ADA universitetinin ABŞ-dakı mərkəzi Seminariyanın bərpası ilə əlaqədar birlikdə niyyət sazişi imzalayıblar. Sonda Bakı Dövlət Universitetinin Qazax Fililalında ADA Universitetinin “Bir müəllimin manifesti” təhsil proqramının təqdimatı olub.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu