Bank Of Baku

Qazaxda 39 yaşlı kişi göldə boğulub öldü

# 13:28
18 aprel 2020

Qazax rayonunda bədbəxt hadisə baş verib.

 

APA-TV yerli bürosunun məlumatına görə, hadisə rayonun Bala Cəfərli kəndində yerləşən göldə qeyd alınıb.

 

Belə ki, Xanlıqlar kənd sakini, 1981-ci il təvəllüdlü Mübariz Ömərov göldə boğularaq dünyasını dəyişib. Onun meyiti axşam saatlarında sudan çıxarılaraq ailəsinə təhvil verilib.

 

Məlumata görə, Mübariz Ömərovun yanında qohumları da olub. O, bir dəfə göldə çimib çıxıb. Bir müddət sonra isə yenidən suya girən zaman boğulub.

 

Kənd sakinlərinin sözlərinə görə, mərhum qış aylarında da göldə çimirmiş. 

 

Faktla bağlı araşdırma aparılır.

 

Fuad Nazimoğlu

Mehdi Məmmədov

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR