Qazaxın 7 kəndi və Kərki Azərbaycana qaytarılır? – APA TV
Ermənistanın baş naziri Nikol Paşinyan Qranadada keçirilən iclasda Azərbaycanın, o cümlədən Qarabağ daxil olmaqla 86,6 min kvadratkilometr ərazisinin tanınması ilə bağlı bəyanat imzalayıb. Bəyanatın mətni Avropa İttifaqı Şurası tərəfindən yayılıb.
Vurğulanıb ki, tərəflər Ermənistanın və Azərbaycanın suverenliyi, sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında iki ölkə arasında münasibətlərin normallaşdırılmasına yönəlmiş bütün səylərə sadiq qalırlar. Bu da o deməkdir ki, Paşinyan hələ də Azərbaycana qaytarılmayan Naxçıvanın Kərki kəndi və Qazaxın 7 kəndinin ölkəmizin ərazisi kimi tanındığını rəsmən elan etmiş olur.
Qeyd edək ki, Fransa rəsmilərinin ermənipərəst bəyanatları, Xarici İşlər Naziri Ketrin Kolonnanın Ermənistana səfəri və hərbi əməkdaşlıq, silah-sursat veriləcəyi haqda açıqlamalar, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycanı ittiham edən açıqlaması fonunda Azərbaycan bu formatda danışıqlarda iştiraka lüzum görməyib. Buna görə Azərbaycan bu görüşdən imtina edib və Prezident İlham Əliyev Qranadaya getməyib.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu