Qazaxıstanda iğtişaşlar zamanı 1000-dən artıq adam yaralanıb

# 13:38
6 yanvar 2022

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Qazaxıstana sülhməramlı missiya göndərib. Bu barədə KTMT Baş Katibliyi məlumat yayıb. Baş Katiblik bildirib ki, göndərilən kontingentin bölmələri artıq Qazaxıstanda öz xidməti vəzifələrini yerinə yetirməyə başlayıb.  “Sülhməramlı kontingentin Rusiyadan olan təmsilçiləri Rusiya Aerokosmik Qüvvələrinin hərbi nəqliyyat təyyarələri ilə Qazaxıstan Respublikası ərazisinə gətirilib. Missiyanın tərkibindəki bölmələr artıq qarşıya qoyulmuş vəzifələri yerinə yetirməyə başlayıb”, - deyə məlumatda qeyd olunub.

 

Rusiya Müdafiə Nazirliyinin verdiyi xəbərə görə 10 hərbi-nəqliyyat təyyarəsi İl-76 və 3 ağır An-124-100 təyyarələri Qazaxıstana uçuş üçün hazırdır. Qeyd edək ki, dünən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Qazaxıstanda kütləvi etirazların yatırılmasına kömək üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət etmişdi.

 

Qazaxıstan Səhiyyə Nazirliyi iki gündə baş vermiş hadisələrdə yaralananların sayını açıqlayıb. Məlumata görə, kütləvi iğtişaşlar 1000-dən çox insan yaralanıb. Onlardan təxminən 400 nəfəri xəstəxanalara yerləşdirilib. Baş vermiş hadisələr ölkə iqtisadiyyatına böyük ziyan verib. Belə ki, Qazaxıstanda 10 sərnişin qatarı yolda dayanıb. Sərnişinləri təyinat yerlərinə çatdırmaq mümkün deyil. Onlar müvəqqəti olaraq stansiyalarda yerləşdirilib, qida və su ilə təmin olunublar. Bundan başqa, 120 yük qatarının da hərəkəti dayandırılıb.

 

Almatıda da vəziyyət gərgin olaraq qalır. Etirazçılar iki böyük xəstəxananı mühasirəyə alıblar. tən gecə isə Almatıda polis departamenti və inzibati binalar hücuma məruz qalıb. Almatı şəhər polis departamentinin rəsmi nümayəndəsi Səltənət Azirbekə bildirib ki, hücum edən onlarla şəxs zərərsizləşdirilib, onların kimliyi müəyyənləşdirilir.

 

Almatı hava limanında keçirilən antiterror əməliyyatı zamanı isə Qazaxıstan Silahlı Qüvvələrinin iki hərbçisi həlak olub.

 

Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu da telefonla danışaraq Qazaxıstanda mövcud olan vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

 

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR