Qazaxıstanda nə baş verir? - Sabiq prezidentin qohumları tutuldu

# 11:51
18 mart 2022

Nazarbayevin qardaşı oğlu və keçmiş arvadı biznesi zəbt etməkdə şübhəli bilinir

 

Qazaxıstanın Korrupsiyaya Qarşı Mübarizə Xidməti Nazarbayevin qardaşı oğlu Kayrat Satıbaldı və onun keçmiş həyat yoldaşı ilə bağlı araşdırmalara başlayıb.

 

Vesti.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə idarənin mətbuat xidməti məlumat yayıb.

 

“Korrupsiyaya Qarşı Mübarizə Xidməti biznesi basqın yolu ilə ələ keçirmə faktı ilə bağlı Kayrat Satıbaldı, onun keçmiş həyat yoldaşı Gülmira Satıbaldı və digər şəxslərə qarşı ibtidai istintaqa başlayıb”, - deyə məlumatda deyilir.

 

Martın 16-da Gülmira Satıbaldı saxlanılaraq Nur-Sultan şəhərindəki müvəqqəti saxlama təcridxanasına yerləşdirilib.

 

Qeyd edək ki, Kayrat Satıbaldı Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin qardaşı oğludur və Forbes Kazakhstan jurnalının məlumatına görə, ölkənin ən nüfuzlu iş adamları siyahısına daxil edilib.

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR