Qazaxıstanda qatar relsdən çıxıb, 6 vaqon çaya düşüb
Qazaxıstanın Şərqi Qazaxıstan vilayətində filiz daşıyan yük qatarı relsdən çıxıb.
APA “Sputnik.kz” saytına istinadən xəbər verir ki, bu barədə “Qazaxıstan Dəmir Yolları” açıqlama yayıb.
Şahidlərin sözlərinə görə, hadisə zamanı 10-dan çox vaqon relsdən çıxaraq aşıb, daha 6 vaqon isə İrtış çayına düşüb.
Aprelin 3-də Oskemen-Kumıstau dəmir yolu xətində baş verən insident zamanı ümumilikdə 18 vaqon aşıb.
Həmin vaqonlardan ikisinin Rusiya Federasiyasının mülkiyyətində olduğu bildirilir.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib