Qazilər toy karvanında avtoxuliqanlıq etdi
Gəncədə toy karvanında avtoxuliqanlıq edən şəxslər saxlanılıb.
APA TV-nin yerli bürosunun verdiyi məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı saxlanılan bir qrup gənc saxlanılıb. Onların özlərinə məxsus müxtəlif markalı avtomobillərlə toy karvanında dövlət qeydiyyat nişanı olmadan, çox avazlı səs siqnallarından və qanunla qadağan edilmiş sayrışan işıqlardan istifadə edərək yollarda intizamsızlıq etməsi, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etməsi, digər hərəkət iştirakçılarına təhlükə yaratdığı və həmin hərəkətləri sosial şəbəkələrdə paylaşması məlum olub.
Qeyd olunub ki, saxlanılan şəxslər arasında qazilər də olub. Həmin şəxslərin bir qisminin kimliyi müəyyən olunaraq barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.
Hazırda digər şəxslərin kimliyinin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində müvafiq tədbirlər davam etdirilir.
Fuad Nazimoğlu
Mehdi Məmmədov
APA TV Gəncə
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?