Qazilərin protezlə təminatı yekunlaşmaq üzrədir

# 16:34
14 iyul 2022

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində daha bir qrup müharibə əlili yüksək texnologiyalı müasir 4-cü nəsil protezlərlə təmin edilib.

 

APA TV xəbər verir ki, postmüharibə dövründə 324 müharibə əlili 338 ədəd müasir protezlə təmin olunub.

 

Onlardan 124 nəfəri Birinci Qarabağ müharibəsi əlili və Vətən müharibəsinə qədərki dövrdə hərbi səbəblərlə əlaqədar əliliyi olan şəxslər, 200 nəfəri isə 44 günlük Vətən müharibəsində və sonrakı dövrdə yaralanaraq ətrafları amputasiya olunmuş qazilərdir.

 

Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinin direktoru Asif Məcidovun sözlərinə görə, ümumilikdə Vətən müharibəsi qazilərinin protezlə təminat prosesi yekunlaşmaq üzrədir: "Bu protezlər vasitəsilə onlar tam rahat, sərbəst şəkildə hərəkət edə biləcəklər deyə düşünürük. Protezlərin hazırlanmasında ən son texnologiyadan istifadə olunur və düşünürük ki, bu qazilərimizə çox kömək olacaq".

 

Qeyd edək ki, mərkəzdə bu gün Birinci Qarabağ müharibəsi qazisi də müasir tipli protezlə təmin olunub.

 

Aysel Əliyeva,

Ziya Allahyarov,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR