Qazilərlə bağlı ŞAD XƏBƏR: Proses yekunlaşır
2020-ci ilin dekabr ayından bu günə qədər 270 nəfər müharibə əlili yüksək texnologiyalı 4-cü nəsil protezlə təmin edilib.
APA TV xəbər verir ki, bu gün Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində daha 8 müharibə əlili yüksək texnologiyalı 4-cü nəsil müasir protezlərlə təmin edilib.
Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinin direktoru Asif Məcidov bildirib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, 2020-ci ilin dekabr ayından müharibə əlillərinin yüksək texnologiyalı müasir protezlərlə təminatına başlanıb.
Asif Məcidov həmçinin qeyd edib ki, 188 nəfər 44 günlük Vətən müharibəsi qazisinə 198 ədəd yüksək texnologiyalı müasir 4-cü nəsil protez verilib. Ümumilikdə, Vətən müharibəsi qazilərinin protezlə təminat prosesi isə yekunlaşmaq üzrədir.
Semral Cavad
Fariz Quluyev
APA TV
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi