Qazinin çənəsini sındıran idmançı həbs edildi
Binəqədi Rayon Məhkəməsi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı, keçmiş XTQ mənsubu, “Vətən müharibəsi iştirakçısı”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şücaətə görə” medalları ilə təltif edilmiş qazi Namiq Babayevi vuraraq çənəsini sındıran Rəvan Nəbizadə ilə bağlı qərar qəbul edib.
Onun barəsində 1 ay müddətinə qətimkan tədbiri seçilib.
Qeyd edək ki, R.Nəbizadə barəsində Cinayət Məcəlləsinin qəsdən sağlamlığa az zərər vurma və xuliqanlıq maddələri ilə cinayət işi başlanıb.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu