Qəbələ, Oğuz və Zaqatalada yanğınlar davam edir
Qəbələ rayonunun Tikanlı kəndi və Oğuz rayonunun Baş Daşağıl kəndi, Zaqatala rayonunun Yuxarı Tala kəndi istiqamətində baş vermiş yanğınlarla mübarizə tədbirləri davam etdirilir.
Bu barədə APA-nın sorğusuna Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Qəbələ rayonunun Tikanlı və Oğuz rayonunun Daşağıl kəndinin yüksək dağlıq ərazilərində baş vermiş yanğınların söndürülməsi istiqamətində isə ETSN-in yerli qurumlarının əməkdaşları və FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin nümayəndələri tərəfindən tədbirlər görülür. Həmçinin FHN-in Aviasiya dəstəsinin helikopterləri də ərazidə fəaliyyət göstərir.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu