Qəbələ sakinləri bu maşınların qorxusundan küçəyə çıxa bilmir

# 16:16
14 mart 2023

Qəbələnin mərkəzi küçələrindən olan Afiyəddin Cəlilov küçəsində yol nişanlarının olmaması sakinləri çətin vəziyyətlə üz-üzə qoyub.

 

Sakinlər deyir ki, ara küçə olmasına baxmayaraq sürücülər burada yüksək sürətlə maşını idarə edir. Küçədə hər hansı sürət önləyici bir vasitə və yol nişanları olmadığından qəzalar qaçılmaz olur. Baş verən belə qəzalar nəticəsində küçə sakinlərinin evlərinə və hasarlarına ciddi ziyan dəyib.

 

 

Sakinlər deyir ki, bir neçə dəfə öz imkanları çərçivəsində yola sürət həddinin azaldılması məqsədi ilə maneələr qoysalar da qeyri-qanuni olduğu bildirilərək sökülüb. Dəfələrlə müraciət olunmasına baxmayaraq hələ də küçələrdə yol nişanları qoyulmayıb.

 

Məsələ ilə bağlı aidiyyəti üzrə maraqlandıq.  Sorğumuza cavab olaraq küçədə asfalt örtüyünün yeni vurulduğu və yol nişanlarının yenisi ilə əvəz olunacağı bildirildi.

 

İndi sakinlər evini, həyətini dağıdan qəzalara səbəb olan bu problemin çox keçmədən öz həllini tapacağı günü gözləyir.

 

 

İlham Əhmədov, Taleh İbrahimov, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR