Qəbələdə ağır qəza, minik maşını ağaca çırpıldı
Qəbələdə yol qəzası baş verib. Hadisə rayonun Nohurqışlaq kəndi ərazisində, İsmayıllı-Qəbələ avtomobil yolunda qeydə alınıb. "Hyundai" markalı avtomobil ağaca çırpılıb. Bir neçə nəfərin xəsarət aldığı bildirilir. Sürücü Vüqar Məmmədşahov aldığı ağır bədən xəsarətləri nəticəsində dünyasını dəyişib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılır.
İlham Əhmədov, APA TV
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib