Qəbələdə baş vermiş avtomobil qəzasında 20 nəfər xəsarət alıb

# 17:42
26 may 2023

Qəbələdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Baş vermiş avtomobil qəzasında 20 nəfər xəsarət alıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan APA-ya bildirilib ki, bu gün saat 12 radələrində Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisində “Ford” markalı mikroavtobusla “Mitsubishi” markalı minik avtomobili toqquşub.

Xəsarət  alanlar Qəbələ Diaqnostika Mərkəzinə yerləşdirilib.

Onlardan birinin xəsarəti yüngül olduğundan ilkin yardım göstərilərək evə buraxılıb. Qalan 19 nəfərə tibbi yardım göstərilməsi davam etdirilir. Onlardan iki nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Vəziyyəti ağır olanların Bakıdakı xəstəxanalara göndəriləcəyi bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR