Qəbələdə parçalanmış halda tapılan cəsəd itkin düşən iş adamı imiş? - “dişlərindən tanıdım”
Qəbələdə dünən tapılan kişi meyiti ilə bağlı yeni detallar bəlli olub.
60 gün əvvəl itkin düşmüş Qəbələli iş adamı Səyavuş Həmidovun qardaşı APA TV-yə bildirib ki, tapılan cəsəd onun qardaşına aiddir. Onun sözlərinə görə, cəsədin tapıldığı ərazidə təşkil olunan axtarışlarda da iştirak edib və bu axtarışlar zamanı qardaşına aid bəzi əşyaları tanıyıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru polis kapitanı Mahir Məsimov APA-ya bildirib ki, aparılan axtarışlar zamanı tapılan gödəkcə, sim kart və darağın itkin düşən Səyavuş Həmidova aid olduğu yaxınları tərəfindən də təsdiq olunub. Lakin bütün hallarda tapılan kişi skeletinin kimliyini ekspertizanın cavabından sonra məlum olacaq.
Qeyd edək ki, Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin Vəndam meşəbəyliyinin dağlıq ərazisində tapılan cəsəd vəhşi heyvanlar tərəfindən yumşaq toxumaları və sümükləri parçalanmış-didilmiş, yarı çürümüş vəziyyətdə aşkar edilib.
DİGƏR XƏBƏRLƏR

28-də qəribə problem: Avtobuslar dayanır, amma dayanacaq yoxdur

Paytaxtın 20 kilometrliyində - Qobuda infrasrtuktur kabusu

Gəncə məhz bu səbəblərə görə paytaxt seçildi
