Qəbələnin Kürd kəndinin problemləri yol ilə bitmir - ÖZƏL REPORTAJ

# 16:36
6 iyul 2023

Qəbələ rayonunun Kürd kəndinin yolu uzun illər təmir olunmadığından yararsız vəziyyətə düşüb. Kəndin yolunun yararsız olması sakinləri çətin vəziyyətə salıb. Bu barədə APA-nin Şirvan bürosuna yerli sakinlər məlumat veriblər. Onların sözlərinə görə, Kürd kəndinin daxili yolları yararsız vəziyyətdədir. Məhz buna görə də, sakinlərin hərəkəti, rayon mərkəzinə gəliş-gedişləri əməlli- başlı problemə çevrilib. Kürd kəndi Qəbələ-Ağdaş magistral yolunun solunda yerləşir. Kənd Qəbələ şəhərindən cənub istiqamətdə, Düz Yengicə adlanan ərazidədir. Kənddə 1199 nəfər yaşayır və 330-a yaxın təsərrüfat var. Sakinlər deyir ki, magistrala tək çıxışı olan kənd yoluna bu vaxta qədər bir dəfə də olsun asfalt örtüyü döşənməyib. Yolda olan çalalar avtomobillərin rahat hərəkətinə maneə yaradır. Yağış yağdıqda isə palçıqlı yolda piyadalar çətinliklə hərəkət edirlər. Yayda toz əlindən nəfəs almaq mümkün olmayan kəndə qış aylarında təşrif buyuran şəxs bir daha oraya getlmək istəmir. Kənd əkin sahələrinə gedən yolun üzərində yerləşdiyinə görə gündə yüzlərlə maşın və texnika bu yollardan istifadə edir. Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli ilə əlaqə saxladıq. Kəndin ikinci ən böyük problemi isə su ilə bağlıdır. nə suvarma suları var, nə də içməli su. Sakinlər deyirki sovet dövründən qazılmış bir neçə arteziyan quyusu var. İndi isə yararsız vəziyyətdə dövrünü tamamlamış quyudan başqa heçnəyə yaramır. Yay aylarında camaat məcburən maşınla su alır. İlham Əhmədov, Taleh İbrahimov, APA TV - QƏBƏLƏ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR