Qəbələyə istirahətə gedən oğlanla qız qazdan boğuldu

# 12:41
18 fevral 2023

Qəbələdə qazdan zəhərlənmə hadisəsi olub.

 

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Vəndam qəsəbəsində qeydə alınıb. Bura istirahətə gələn Sumqayıt şəhər sakinləri İbrahimov Ziya Əsgər oğlu və T. Abdullayeva gündəlik kirayə tutduqları evdə dəm qazından zəhərləniblər.

 

Zərərçəkmişlər Qəbələ rayon Mərkəzi Xəstəxanasına gətirilib və burada onlara ilk yardım göstərilib. Ancaq ilk yardıma baxmayaraq, Ziya İbrahimov ölüb, T. Abdullayevanın isə həyatı xilas edilib.

 

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR