Qəbiristanlıqdan oğurluq etdi, tutuldu
Bakıda qəbirsitanlıqdan oğurluq olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Yasamal rayonu ərazisində yerləşən qəbirstanlıqda məzarların kənarından dəyəri 3000 manatdan çox olan dəmir barmaqlıqların oğurlanması barədə polisə məlumatlar daxil olub. Yasamal RPİ 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Əflatun Bağırov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu