Qəbirləri kimlər dağıdır? - Sakinlərdən niyə 500-600 manat alınıb?

# 18:43
20 aprel 2023

“Bakı şəhəri, Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən qəbiristanlıqda məzarların üzərindəki predmetlər zədələnib, xatirə daşları və lövhələrin dağıdılıb. Rüsvayedici əməllərlə qəbirlər üzərində təhqiredici hərəkətlərin etməsinə əsaslı şübhələr müəyyən edilib”.

Bəli, kiminin anası, kiminin qardaşı, kiminin də övladının məzarı dağıdılaraq yararsız hala salınıb.

Şikayətçilər iddia edirlər ki, məzarlar dağıdılmazdan bir müddət öncə maraqlı hadisələr baş verib. Məzar daşları köhnə olduğu üçün qəbirstanlığa nəzarət edən Vüqar və köməkçisi Seymur onlardan 300-400 manat pul alıblar, söz veriblər ki, məzarları normal hala gətirəcəklər. Amma heç bir iş görmədən gözdən itiblər.

 

Balaxanı bələdiyyəsinin sədri Bahadır Haşımov bildirdi ki, qəbirstanlıqda kameralar quraşdırılacaq.

 

Qeyd edək ki, faktla bağlı Sabunçu rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 245-ci, yəni “qəbir üzərində təhqiredici hərəkət” maddəsi ilə cinayət işi başlanaraq, ibtidai istintaq aparılır. Cinayət işi Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülüb. İctimai təhlükəli əməli törətməkdə təqsirləndirilən şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində intensiv tədbirlər davam etdirilir. Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

 

 

AYTƏN SAKİTQIZI

CEYHUN MUSTAFAYEV

APA TV

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR