Qəfil ölümlər niyə çoxalıb? - Ürəktutma, yoxsa… - APA TV

# 19:48
17 oktyabr 2022

Son illər insanların ölüm səbəbləri içərisində ürək-qan-damar xəstəlikləri əhəmiyyətli dərəcədə artıb.

 

Xalq arasında “ürəktutma” adlandırılan bu xəstəlikdən həyatını itirənlərin statistikasının artması ilə bərabər, həm də yaş qrupları cavanlaşır. Az qala hər gün gənc birinin “ürəktutması”ndan vəfat etdiyini eşidirik. Bəs gerçək səbəb həqiqətən “ürəktutma”dırmı? Yoxsa bizə məlum olmayan başqa səbəblər də var?

 

Həkim-terapevt Arzu Hüseynova APA TV-yə bildirib ki, son bir, iki ay ərzində bu xəstəlikdən dünyasını dəyişənlərin sayı artıb, eyni zamanda cavanlaşıb. Həkimin sözlərinə görə, bunun əsas səbəbi maqnit qasırğalarının artmasıdır. Bu ərəfədə günəş küləkləri Yer kürəsi ətrafında dolaşma tezliyini dəyişir. Bu isə insan orqanizminə öz təsirini göstərir: “Bu dolanma tezliyinin dəyişməsi bilavasitə ürək, qan-damar sistemi xəstəlikləri olan insanlara təsir edir. Və qanın daha çox laxtalanma problemlərinə təsir edir. Ona görə də ürək, qan-damar sistemi xəstələri, laxtalanma problemi yaşayan xəstələrdə bu ağırlaşmalar, kəskinləşmələr daha tez baş verir. Nəticədə bir tərəfdən qanın laxtalanmasının, yəni trombların əmələ gəlməsinin sürəti artır və spazma baş verir. Və belə xəstələrdə ürək infarktı, beyin infarktı, beyin insult və digər xəstəliklərin sayı artır və çox təəssüf ki, trombevadiya və trombozlar şəklində baş verir, Bu zaman da belə xəstələrin həyatını qurtarmaq çətin olur”.

 

Onun sözlərinə görə, bundan başqa həm fəsil dəyişkənliyi, həm də temperaturun kəskin şəkildə düşməsi orqanizmdə adaptasiya dövrünü azaldır və bu da ürək, qan-damar xəstələrinə ciddi təsir edir.

 

Sağlam Cəmiyyət Hərəkatının rəhbəri Elçin Bayramlı isə bildirib ki, ürək-damar xəstəlikləri ümumən ölümlər arasında birinci yeri tutur. Bunun əsas səbəblərində biri tibbi xidmətlərin əlçatan olmamasıdır. “Bir səbəb də iş stressi və əmək şəraitinin pis olması ilə bağlıdır. Gərgin bir mühitdə işləyir insanlar. Çox pis əmək şəraitində işləyir. Normadan artıq işləyir. Fiziki yüklənmə və ya zehni yüklənmə yüksək olur. İstirahət hüququ imkanları azdır. Və bütün bu kimi hallar ümumən bura biz qidalanmadı çox ciddi faciəvi vəziyyəti də əlavə edə bilərik. Əksər qidalar çox təhlükəlidir, saxtadır, ürək, qan-damar xəstəlikləri yaradır. Biz müşahidə edirik ki, son illərdə ürək xəstəliklərinin yaş tempi çox aşağı düşüb. Əvvəllər məsələn iri, böyük insanlarda bu rast gəlinirdi daha çox. 40, 50, 60. yaşlarında. İndi isə körpə uşaqlarda belə bu problem yaranır”.

 

Sosioloqun sözlərinə görə, bu problemlərin qarşısının alınması kompleks yanaşma tələb edir. Əks halda müsbət nəyəsə nail olmaq mümkün deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR