Qərb ölkələri Rusiyanı çıxarmaq istəyirdi, Putin görün nə etdi

# 15:04
8 aprel 2022

BMT Baş Assambleyasının ötən gün keçirilən iclası maraqlı anlarla yadda qalıb.

 

APA TV xəbər verir ki, Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Gennadi Kuzmin iclasda bildirib ki, Rusiya BMT-nin İnsan Hüquqları Şurasında öz səlahiyyətlərinə vaxtından əvvəl son verir. Yəni Rusiya ötən gündən etibarən öz funksiyalarını icra etməyi dayandırır.

 

Onun bu açıqlamasından sonra, Böyük Britaniya təmsilçisinə söz verilib və o, Rusiya təmsilçisindən etdiyi açıqlamanı aydınlaşdırmasını istəyib. O bildirib ki, Baş Assambleya səsvermə keçirib və Rusiyanın İnsan Hüquqları Şurasındakı üzvlüyünün dayandırılmasına səs verilib. Rusiyanın bu addımı isə işdən çıxarılan şəxsin “işdən çıxıram” deməsinə bənzəyir.

 

Bunun ardınca, Rusiya tərəfinə söz verilsə də, bu ölkənin nümayəndə heyəti kifayət qədər aydın açıqlama verdiklərini söyləyib.

 

Bu zaman Fransa nümayəndə heyəti Rusiya tərəfinin açıqlamasını anlamaq üçün tərcüməçilərin köməyinə müraciət edib.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR