Qərbi Azərbaycanın etno-mədəni mühitinə səyahət - APA TV

# 23:16
3 sentyabr 2023

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzinin qarşısında “Qərbi Azərbaycanın etno-mədəni mühitinə səyahət” adlı tədbir keçirilib.  Qərbi Azərbaycanın etno-mədəni mühitinin, habelə qeyri-maddi mədəni irsinin nümayiş olunması məqsədilə keçirilən tədbir açıq məkanda baş tutub.

Qonaqlar üçün Qərbi Azərbaycana məxsus milli geyim və mətbəx stendi, gündəlik həyatda istifadə olunan məişət əşyaları, seçilmiş tarixi abidələrin 3D maketləri nümayiş edilib. Sərgidə həmçinin qədim İrəvan mətbəxinə aid olan kətə, qatlama və digər şirniyyatlar sərgilənib.

Tədbir konsert proqramı ilə  yekunlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR