Qərbi azərbaycanlılara şad xəbər: “Qayıdış Konsepsiyası” təsdiq edildi - APA TV

# 21:27
26 yanvar 2023

Qərbi azərbaycanlılara şad xəbər: “Qayıdış Konsepsiyası” təsdiq edildi - APA TV Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının iclasında “Qayıdış Konsepsiyası” təsdiq edilib. İcmanın İdarə Heyətinin sədri Əziz Ələkbərli bildirib ki, “Qayıdış Konsepsiyası” əsas məramı indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz yurdlarına sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasını təmin etməkdir. Konsepsiya bu yöndə İcmanın həyata keçirəcəyi fəaliyyətin məqsədləri, prinsipləri, hazırlıq və icra tədbirləri üçün ümumi çərçivəni müəyyən edir. Sənəd beynəlxalq hüquqa, aidiyyəti dövlətdaxili hüquqa, tarixi faktlara əsaslanır. Sabiq təhsil naziri, professor Misir Mərdanov isə bildirdi ki, konsepsiyanın həyata keçirilməsi üşün xüsusi tədbirlər planı açıqlanacaq. İcmanın sədr müavini, deputat Ramil Həsənli isə Qərbi azərbaycanlıların siyahıyaalma prossesi barədə geniş məlumat verib. Ramil Həsənli onu da vurğuladı ki, soydaşlarımızın tarixi torpaqlarımıza köçürülmə prosesindən danışmaq hələ ki tezdir. Onun sözlərinə görə, bu məsələdə bir çox faktor başlıca rol oynayır. Məsələn, buna təkcə Azərbaycan deyil, Ermənistan da hazır olmalıdır. Bir sıra beynəlxalq güclərin də bu prosesə təsirini gözardı etmək olmaz. Ancaq hər şey qaydasında gedərsə, Qərbi azərbaycanlıların köçürülmə prosesi işğaldan azad olunan torpaqlara qayıdışla paralel aparıla bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR