Qeyri-sabit hava Şamaxıda elektrik enerjisinin verilişində fasilələrə səbəb oldu

# 20:02
13 dekabr 2022

Qarlı və qeyri-sabit hava şəraiti səbəbindən bir sıra rayonlarımızda, o cümlədən Şamaxı ərazisindəki bəzi kəndlərdə elektrik enerjisinin verilməsində fasilə yaranıb. Kəndlərlə yanaşı rayon mərkəzində də elektrik enerjisinin verilişində axsamalar olub.

Temperaturun -5 və -8 dərəcəyə enməsi, yağan güclü qar yüksək gərginlikli daşıyıcıların donaraq sınmasına və elektrik dirəklərinin aşmasına səbəb olub. 

Vəziyyətlə bağlı  “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Şamaxı rayon Elektrik Şəbəkəsinin əməkdaşları əraziyə cəlb olunub və yaranmış nasazlıqların ardan qaldırılması istiqamətində işlər aparılır.

Qurumdan o da qeyd edilib ki, kəskin hava şəraitinə baxmayaraq,  abonentlərin elektrik enerjisi ilə təminatında yaranmış fasilənin aradan qaldırılması üçün işlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR