Qəza ilə bağlı işıqsız qalan kəndlərə enerji verilişi bərpa olunub
Bakı-Qazax magistralında baş verən qəza nəticəsində Ucar rayonunun bır sıra kəndlərinin elektrik enerjisi təchizatında yaranan problem aradan qaldırılıb.
Bu barədə APA-ya “Azərişıq” ASC-dən məlumat verilib.
Xəbərə görə, kəndlərə elektrik enerjisinin verilişi bərpa olunub.
Qeyd edək ki, bu gün səhər saatlarında Ucar rayonunun Qarabörk kəndi ərazisində qəza baş verib. Maşın əvvəlcə beton arakəsməyə, daha sonra yol kənarındakı, vakuum açarlarına dəyərək aşırıb. Hadisə zamanı rayonun beş kəndində enerji verilişi dayandırılmışdı.
DİGƏR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı