Qida təhlükəsizliyi ilə bağlı ciddi problemlər yaranacaq: İSRAİLLİ MÜTƏXƏSSİSDƏN XƏBƏRDARLIQ

# 17:54
6 may 2022

Bakıda rəqəmsal kənd təsərrüfatı üzrə beynəlxalq konfrans keçirilib. “Gələcəyə baxış: rəqəmsal kənd təsərrüfatına keçid” adlı konfransda “Kənd təsərrüfatında elektron hökumət xidmətləri – kənd yerlərinin inkişafı, rəqəmsallaşma və modernləşməyə keçid nöqtəsi”, “Rəqəmsal kənd təsərrüfatının sürətləndirilməsi: problemlər, perspektivlər və məlumat üçün davamlı yollar, əlçatanlıq və etik istifadəsi” mövzularında panel müzakirələr aparılıb, “Kənd təsərrüfatında rəqəmsallaşma: irəliyə doğru yol, adaptasiya üçün yanaşmalar və qabaqcıl təcrübələr” mövzusunda nazirlərin dəyirmi masası təşkil olunub.

 

Konfransı giriş sözü ilə açan Kənd Təsərrüfatı naziri İnam Kərimov "FAO Azərbaycan təcrübəsini "ən yaxşı" adlandırıb". Dünyanın ərzaq təhlükəsizliyi sisteminin bir sıra risklərlə üzləşdiyini deyən nazir qeyd edib ki, COVID-19 pandemiyası, regional proseslər, iqlim dəyişikliyi, torpaq və su resurslarının daha da məhdudlaşması qlobal ərzaq təhlükəsizliyinin təmini üçün təhdidlər yaradır:

 

Azərbaycanın kənd təsərrüfatını rəqəmsallaşdırmasını təqdirəlayiq adlandıran BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş direktoru Qo Donqyu bildirib ki, hazırda dünya humanitar böhrandan əziyyət çəkir:

 

Daha sonra çıxış edən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzli qeyd edib ki, ötən gün Milli Məclisdə üçüncü oxunuşda müzakirəyə çıxarılaraq qəbul edilən “Qida təhlükəsizliyi haqqında” Qanun layihəsində də Azərbaycanda qida təhlükəsizliyinə nəzarət sistemində rəqəmsal həllərin və müasir innovasiyaların tətbiqi istiqamətində mühüm yeniliklər öz əksini tapıb.

 

2050-ci ilə kimi dövlətlərin qida təhlükəsizliyi ilə bağlı ciddi problemlərlə üzləşəcəyini bildirən İsrailin Kənd Təsərrüfatı Nazirliyi nəzdində Xarici Ticarət və Beynəlxalq Əməkdaşlıq Mərkəzinin rəhbəri Yakov Poleq isə vurğulayıb ki, məhdud resurslarla qida təhlükəsizliyinin təmini üçün fermerlərə rəqəmsal xidmətlər ödənişsiz olmalıdır.

 

Yakov Poleq onu da qeyd edib ki, İsrail kimi bir hissəsi yarımsəhra olan, iqlim şəraiti əlverişli olmayan ölkədə kənd təsərrüfatının inkişafı üçün ağıllı idarəetmə önəmlidir.

 

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR