Qırğızıstan prezidenti Azərbaycanın Qırğızıstandakı səfirini qəbul edib

# 02:13
10 aprel 2021

Qırğızıstan prezidenti Sadır Japarov Qarabağ - Vətən Müharibəsində qazanılan möhtəşəm qələbə və dədə-baba torpaqlarımızın işğaldan azad olunması münasibətilə Prezident İlham Əliyevi və bütün Azərbaycan xalqını təbrik edib.

 

APA TV xəbər verir ki, bu barədə o, Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucovu qəbul edərkən bildirib. Sadır Japarov onun salamlarını Prezident İlham Əliyevə çatdırmağa xahiş edib. Eyni tarixi kökə, mədəniyyətə, ortaq dəyərlərə malik olan Azərbaycanın Qırğızıstan üçün qardaş ölkə olduğunu diqqətə çatdırıb və 10 noyabr 2020-ci il tarixli bəyanatın regionumuzda davamlı və uzunmüddətli sülhün təmin edilməsi zəmin yaradacığına ümidvar olduğunu qeyd edib.

 

Sadır Japarov Azərbaycanla Qırğızıstan arasında intensiv təmasların ən yüksək səviyyədə olmasının vacibliyini vurğulayıb, iki ölkə arasında müxtəlif sahələr, xüsusilə iqtisadiyyat üzrə əməkdaşlığın inkişafı üçün istifadə edilməmiş böyük potensial mövcudluğuna diqqət çəkib.

 

Qırğızıstanın dövlət başçısı Prezident İlham Əliyevi öz ölkəsinə rəsmi səfərə dəvət edib.

 

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR