Qırğızıstan prezidenti və parlament Qazaxıstana sülhməramlı göndərməklə bağlı razılığa gələ bilmir
Qırğızıstan Prezidenti Sadır Japarov Qazaxıstandakı iğtişaşlar fonunda ölkə parlamentinə müraciət edib.
APA TV-nin xəbərinə görə, o, “Facebook” səhifəsindən deputatlara müraciət edib.
Sadır Japarov qanunverici orqanı Qazaxıstana Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sülhməramlı kontingenti çərçivəsində qırğızıstanlı hərbçilərin göndərilməsinə mane olmamağa çağırıb.
“Biz hərbçilərimizi mitinq edən qazaxıstanlı qardaşlarımıza atəş açmağa göndərmirik. Əminəm ki, öz xalqına atəş açmayan hərbçilərimiz qardaş qazaxlara da atəş açmayacaq. Əksinə, biz onları ora stabilliyi möhkəmləndirməyə göndəririk”, - Qırğız dövlət başçısı qeyd edib.
Qeyd edək ki, ölkə parlamenti Qırğızıstan hərbçilərinin Qazaxıstana göndərilməsi məsələsini bu gün gözdən keçirməli olsa da, kvorum olmadığından iclas sabah günortaya qədər təxirə salınıb.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
İlham Əliyev və Mehriban Əliyeva Ümummilli Liderimizin abidəsini ziyarət ediblər
Prezident TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib