Qırğızlarla taciklər arasında savaş başladı: Ölən və yaralananlar var

# 12:40
16 sentyabr 2022

Bütün Tacikistan-Qırğızıstan sərhədi boyunca döyüşlər gedir. APA TV xəbər verir ki, bu barədə Tacikistan Sərhəd Xidməti məlumat yayıb. Sərhəd Xidməti Qırğızıstan tərəfinin sərhədyanı kəndləri, yaşayış sahələrini atəş altında saxladığını bildirib. Döyüşlərdə ağır və atıcı silahlardan da istifadə olunduğu qeyd olunub. Vəziyyətlə bağlı Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsi də məlumat paylaşıb. “Atəşin dayandırılmasına dair səylərə baxmayaraq, Tacikistan tərəfi sərhədə ağır texnika toplayır və arsenalındakı bütün silahlardan Qırğızıstan ərazisini atəşə tutaraq ərazimizi işğal etməyə çalışır”, - deyə məlumatda qeyd olunub.

 

Məlumatda o da bildirilib ki, Tacikistan tərəfi döyüşlərdə ağır zirehli texnika, reaktiv yaylım atəşi sistemləri və aviasiyadan istifadə edir.

Şiddətli döyüşlərin getdiyi əraziyə Qırğızıstan Nazirlər Kabinetinin sədr müavini, Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Xidmətinin sədri Kamçıbek Taşiyev gedib.

Rusiyanın “Kommersant” nəşrinin məlumatına görə isə Tacikistan Qırğızıstanı sülh danışıqlarından imtina etməkdə ittiham edib.

 

Xatırladaq ki, sentyabrın 14-ü səhər saatlarından Qırğızıstan və Tacikistan sərhədində irimiqyaslı toqquşmalar başlayıb. Daha sonra iki ölkənin hakimiyyət orqanları qoşunların daimi dislokasiya yerlərinə çıxarılması barədə razılığa gəliblər. Lakin sentyabrın 16-da səhər saatlarında Qırğızıstan yenidən Tacikistandan atəş açıldığını bildirib. Rəsmi mənbələr 18 qırğız hərbçinin yaralandığını, Tacikistan tərəfindən isə iki hərbçinin öldüyünü bildirir.

 

Fuad Sadıqov

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR