“Qız məktəblərini zəhərləyənlər İran prezidenti Rəisiyə yaxın qruplardır”
İranda qız məktəblərinə hücumları dövlət içərisində olan müəyyən qruplar təşkil edir. APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Günaz TV"nin rəhbəri Əhməd Obalı deyib. O bildirib ki, həmin qruplar Prezident İbrahim Rəisiyə yaxın olanlardır: “Sıravi şəxslər bu qədər zəhəri əldə edə bilməz. Onlar millətdən qisas almaq istəyirlər. Təkcə birinci zəhərlənmə hadisəsində 7 mindən çox qız zəhərlənmişdi. Amma hökumət bu rəqəmin 2 min olduğunu açıqlamışdı. Ondan sonra yenə də proses davam edib. Hazırda zəhərlənənlərin sayı 20 minə yaxındır”.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu