Qızı anası ilə əlaqə saxlaya bilmədi, qonşular qadının meyitini tapdı
Şəmkirdə üzərində xəsarət əlamətləri olan meyit aşkar edilib.
Meyit rayonun Zəyəm Cırdaxan kəndində aşkar edilib. 63 yaşlı Əntiqə Məmmədovanın yaşadığı evdən tapılan meyitinin üzərində xəsarət əlamətləri aşkarlanıb.
Həyat yoldaşı bir neçə il əvvəl ölən qadın evdə tək yaşayırmış. Onun Bakıda yaşayan qızı anası ilə əlaqə qura bilmədiyindən qonşulara zəng edib, qadının ölümü də bu zaman məlum olub.
Şəmkir Rayon Polis Şöbəsinin və Rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək zəruri istintaq-əməliyyat tədbirləri həyata keçiriblər.
Ölümün səbəbi ekspertizadan sonra məlum olacaq.
Hadisə ilə bağlı rayon prokurorluğunda cinayət işi açılıb.
DİGƏR XƏBƏRLƏR
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub