QMİ sədri: Vatikanın bu məsələdə ədalətli mövqe sərgiləyəcəyinə ümidvarıq

# 10:56
11 iyul 2023

 

İyulun 10-da Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə ölkəmizdə səfərdə olan Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin ilə görüşüb. Əvvəlcə Qafqaz Müsəlmanları İdarəsinin sədri və Müqəddəs Taxt-Tacın dövlət katibi ilə təkbətək görüş keçirilib.Daha sonra geniş tərkibli görüş keçirilib. Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə çıxış edən Allahşükür Paşazadə diqqətə çatdırıb ki, Müqəddəs Taxt-Tacla Azərbaycan Respublikası arasında, habelə Roma Katolik Kilsəsi ilə Qafqaz Müsəlmanları İdarəsi arasında mövcud münasibətlər yüksək səviyyədədir. Bu səfərin iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə səbəb olacağına ümidvar olduğunu diqqətə çatdıran Şeyxülislam bildirib ki, etnik və dini müxtəliflik multikultural Azərbaycan dövlətinin milli sərvətidir. Allahşükür Paşazadə onu da bildiridi ki, Vatikanda Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəliyinin təsis olunmasını istərdik. Bu, ənənəvi əlaqələrimizin təşkilati baxımdan daha da möhkəmlənməsi üçün vacibdir. Sonra Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin çıxış edib. Diqqətə çatdırılıb ki, Azərbaycan və Müqəddəs Taxt-Tac arasında çox gözəl əlaqələr mövcuddur. Humanitar məsələlərdə hər iki ölkə eyni məqsədə malikdir. Pietro Parolin onu da əlavə edib ki, Azərbaycan multikultural dövlət kimi çox yüksəklərdən parıldayır. Katolik kilsəsinin burada gözəl bir harmoniyada yaşaması da bu dəyərlərin yüksək təcəssümüdür. AYTƏN SAKİTQIZI APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR