Qobuda sahibsiz itlərin hücum etdiyi azyaşlının vəziyyəti ağırdır
Sosial şəbəkələrdə Qobu qəsəbəsində sahibsiz itin azyaşlıya xəsarət yetirməsi ilə bağlı görüntülər yayılıb. Qaradağ rayonu ərazisində qeydə alınan hadisə zamanı sahibsiz itlər 2014-cü il təvəllüdlü Amar Əliyevə hücum edərək, xəsarət yetirib. Azyaşlı martın 3-ü Kliniki Tibbi Mərkəzə gətirilib. Vəziyyəti ağır qiymətləndirilir. 9 yaşlı Amar Əliyevin anası və yaxınlarının sözlərinə görə, itlərin uşaqlara hücum etməsi birinci dəfə deyil. Qeyd edək ki, xəstənin vəziyyəti ağır olduğundan palataya nə zaman köçürülməsi və ya yenidən əməliyyat olunması ilə bağlı hələlik məlumat verilmir.
LƏMAN SALEHOVA HƏZRƏT BAYRAMLI APA TV
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib