Qohumunu güllələyib, silahı fermada gizlətdi
Ağcabədidə güllələnmə hadisəsi baş verib.
APA TV-nin yerli bürosu xəbər verir ki, Ağcabədi Rayon Polis Şöbəsinə şəhər ərazisində Avşar kənd sakininin qolundan yaralanması barədə məlumat daxil olub. Müəyyən olunub ki, rayon sakini Laiq İslamov yaranmış münaqişə zəminində öz qohumuna tapançadan atəş açaraq xəsarət yetirib. Keçirilmiş tədbirlərlə Laiq İslamov polis əməkdaşları tərəfindən saxlanılıb.
Onun ailə üzvlərinə məxsus fermaya baxış keçirilən zaman bir ədəd “Makarov” markalı tapança və həmin tapançaya məxsus daraq aşkar edilərək götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) və 228-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.
Habil Aslanoğlu, Ziya İsmayılov, APA TV
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu