Qonşu bir ailənin 3 üzvünü bıçaqladı
Şəmkirdə bir ailənin 3 üzvü bıçaqlanıb. Hadisə Şəmkir şəhərinin Habil Əliyev küçəsində qeydə alınıb. Sözü gedən ünvanda yaşayanlar 55 yaşlı Natiq Abbasov, onun həyat yoldaşı, 51 yaşlı Sevda Abbasova və nəvələri 9 yaşlı Xədicə Abbasova bıçaqlanıblar. Ailənin yaxın qohumu olan Afaq Əsgərova bildirib ki, onların heç kəslə hər hansı ədavəti olmayıb. Natiq Abbasov daxilə keçmiş, Sevda Abbasova qulağının kəsilmiş-deşilmiş və nəvələri Xədicə Abbasova sifət nahiyəsinin bıçaq xəsarətləri alıblar. Yaralıların müalicəsi Şəmkir rayon mərkəzi xəstəxanasında davam etdirilir. Onlardan Natiq Abbasovun vəziyyətinin kafi olduğu bildirilir. Araşdırma zamanı məlum olub ki, cinayəti ailənin qonşusu 33 yaşlı Fuad Məmmədov törədib. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, artıq hadisəni törədən şəxs Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun sözlərinə görə, hadisəni törətməkdə şübhəli bilinən, qonşu, dəfələrlə ruhi-əsəb dispanserində müalicə almış, 1990-cı il təvəllüdlü Fuad Məmmədov saxlanılıb. Qeyd edək ki, yaxınlarının bildirdiyinə görə, hadisəni törədən Fuad Məmmədov yaxın günlərdə yenidən müalicə almaq üçün Ruhi əsəb xəstəxanasına gedəcəkmiş. Faktla bağlı araşdırmalar davam etdirilir
DİGƏR XƏBƏRLƏR
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub