Qonşu qadını çimizdirməyə getdi,FACİƏ baş verdi - AZƏRBAYCANDA
Göyçayda 2 qadın dəm qazından zəhərlənib.
Bu barədə Lent.az məlumat yayıb. Məlumata görə, 64 yaşlı Fatma Zeynalova qonşusu 81 yaşlı Fatma Babayevanı çimizdirməyə kömək etmək üçün onlara gəlib.
Bu zaman hamam otağında dəm qazı sızıb. Nəticədə Fatma Babayeva dünyasını dəyişib. Fatma Zeynalova isə xəstəxanaya yerləşdirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib.
Hazırda müvafiq araşdırmalar davam etdirilir.
DİGƏR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib