Qonşularının evini yardı
Həmkəndlilərinin evindən oğurluqlar edən Masallı sakini saxlanılıb.
APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmkəndlisinə məxsus yaşayış evindən 800 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Türkoba kənd sakini Fəryaz Əbilov saxlanılıb.
Polisin apardığı araşdırmalarla onun daha iki həmkəndlisinin evindən oğurluq etdiyi məlum olub. Fəryaz Əbilov ayrı-ayrı vaxtlarda daxil olduğu həmin ünvanlardan ümumilikdə 1400 manat dəyərində müxtəlif növ məişət əşyalarını oğurlayıb.
Faktlarla bağlı Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır.
Tural Kərimov
Rövşən Əzimov
APA TV. Masallı
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu