Qonşusunun evindən 18 min manatlıq qızıl oğurladı
Masallıda külli miqdarda oğurluq edən şəxs saxlanılıb.
APA TV – nin yerli bürosunun verdiyi məlumata görə, rayonun Bədəlan kəndində yerləşən evlərdən birindən 18 min manat dəyərində qızıl zinət əşyalarının və 40 manat pulun oğurlanması ilə bağlı polisə müraciət daxil olub.
Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
İlkin Rzayev
Rövşən Almazoğlu
APA TV Masallı
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu