Qonşusunun xaricdə olmasından istifadə edib həyətində plantasiya saldı

# 13:39
5 avqust 2022

Ağcabədidə qonşusunun həyətyanı sahəsində narkotik yetişdirən şəxs saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA TV-nin yerli bürosuna verilən məlumata görə, Ağcabədi RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini Fəxrəddin Qasımov yaxalanıb. Araşdırmalarla Fəxrəddin Qasımovun xaricdə yaşayan qonşusunun həyətyanı sahəsinin sahibsiz olmasından istifadə edərək orada aqrotexniki qulluqla çətənə bitkiləri yetişdirdiyi müəyyən olunub. Əraziyə baxış keçirilən zaman 46 ədəd çətənə bitkisi və 1 kiloqramdan artıq qurudulmuş marixuanan aşkar edilərək götürülüb. Faktla bağlı Ağcabədi RPŞ - də araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR