Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin iştirakçıları ŞUŞAYA GEDİR
“Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı ikinci günündə də işini davam etdirib. Konfransda nümayəndə heyətlərinin rəhbərləri çıxış edib. Venesuela Milli Assambleyasının vitse-prezidenti Qoşulmama Hərəkatının bütün üzvləri ilə əməkdaşlığı və əlaqələri dərinləşdirmək istədiyini bildirib. Qoşulmama Hərəkatının Parlament Şəbəkəsində Fələstin Komitəsinin yaradılması təklif olunub. Qeyd edək ki, tədbirdə dünyanın 40-dan çox ölkəsinin parlament nümayəndə heyətlərinin, 9 beynəlxalq parlament təşkilatının təmsilçiləri iştirak edirlər. Nümayəndə heyətinin tərkibində 15 ölkənin parlament sədri də yer alıb. Konfrans bu gün işini başa çatdırıb. Tədbir iştirakçıları sabah Şuşa şəhərinə səfər edəcək, şəhərdə aparılan bərpa və quruculuq işləri ilə yaxından tanış olacaqlar.
DİGƏR XƏBƏRLƏR
![Valideynlər narkomaniyaya düçar olan övladını necə tanısın? – APA TV](https://apa.az/storage/apa-tv/news/2024/july/02/big/6684412821d6e6684412821d6f17199434646684412821d6b6684412821d6c.jpg)
Valideynlər narkomaniyaya düçar olan övladını necə tanısın? – APA TV
![Taksilərin sayı azaldı, minimum qiyməti isə 4.50 AZN oldu](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/6682be55512976682be555129817198444376682be55512956682be5551296.jpg)
Taksilərin sayı azaldı, minimum qiyməti isə 4.50 AZN oldu
![Taksi fəaliyyətində istifadə olunacaq avtomobillərlə bağlı yeni qərar qüvvəyə mindi](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/66823df42a73f66823df42a740171981157266823df42a73d66823df42a73e.jpg)
Taksi fəaliyyətində istifadə olunacaq avtomobillərlə bağlı yeni qərar qüvvəyə mindi
![Gəncədə ağır yol qəzası baş verib](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/66823dae71e8766823dae71e88171981150266823dae71e8566823dae71e86.jpg)