Qoyunlarını yırtıcı heyvandan qorumaq istədi, özü xəsarət aldı

# 17:44
15 iyun 2022

Zaqatalada 72 yaşlı kişiyə çaqqal hücum edib.

APA TV-nin məlumatına görə, hadisə rayonun Bəhmətli kəndində baş verib.

Belə ki, kənd sakini 1950-ci il təvəllüdlü Mümtəzir Muradov kəndin ərazisində ailəsinə məxsus qoyunları otaran zaman kolluqdan çaqqal çıxaraq qoyunlara hücum edib. Bu zaman qoyunları qorumaq istəyən kənd sakini özü yırtıcı heyvanın hücumuna məruz qalıb. Nəticədə çaqqal Mümtəzir Muradova xəsarətlər yetirib.

Zaqatala Rayon Mərkəzi Xəstəxanasına müraciət edən Mümtəzir Muradova lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb. 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR