Qoz ağacı ikinci dəfə bar verib

# 14:32
4 dekabr 2023

Zaqatalada qoz ağacı ikinci dəfə bar verib. Qeyri-adi təbiət hadisəsi Zaqatala rayonu Muxax kəndində baş verib. Kənd sakini Ənvərpaşa Kiçikbala oğlu Nurayev təsərrüfatında yetişdirdiyi qoz ağacındakı birinci barı Sentaybr ayının birinci ongünlüyündə yığıb. Qoz yığıldıqdan bir müddət sonra ağac yenidən çiçəkləyib. Daha sonra isə ağacda ikinci bar yetişib. Mütəxəssislər isə bildirir ki, qoz ağacının ikinci dəfə bar verməsi nadir təbiət hadisələrindəndir. Buna səbəb bu il yay və payız fəslinin ilk aylarında havanın qeyri-sabit keçməsidir. Vüqar Heydərov, Əhməd Fərruxoğlu, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR