Qripə görə vaksinasiya: Kimlər mütləq peyvənd vurdurmalıdır?

# 16:01
26 yanvar 2023

Son günlər həm uşaqlar, həm də böyüklər arasında qrip virusu yayılıb. Xəstəlik özünü qızdırma, burun axması, baş və boğaz ağrıları, yorğunluq, quru öskürək kimi simptomlarla biruzə verir . İnfluenza, yəni qrip virusuna qarşı effektivliyi sübuta yetirilmiş vaksinlər mövcuddur və ildə bir dəfə peyvənd olmaqla yüksək risk qrupuna daxil olan şəxslərdə ağırlaşma və ölüm hallarının qarşısını almaq mümkündür. Elə bu virusun yayılmasının qarşısını almaq üçün “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndə (TƏBİB) əməkdaşlar üçün vaksinasiya aparılıb. TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, İcraçı direktorun müavini Araz Nəsirov, struktur bölmə rəhbərləri qripə qarşı vaksin olunublar.

Ötən ilin dekabr ayının 15-dən etibarən ölkə üzrə 20 701 nəfər qrip xəstəliyinə qarşı vaksin olunub. Bakı şəhəri üzrə bu rəqəm 4 862 nəfər təşkil edib.

Bu virusa yoluxan hamilə qadınlar, uşaqlar, xroniki xəstəliyi olanlar, yaşlılar dərhal həkimə müraciət etməli və nəzarətdə olmalıdırlar. Vaksin vurdurmaq istəyən şəxslər vaksin üçün qeydiyyatda olduqları TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisəsələrinə müraciət edə bilərlər. Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən alınan vaksinlər Hollandiya  istehsalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR