Quba sakini poçtu soymağa cəhd etdi
Qubada poçtdan oğurluğa cəhd edən şəxs saxlanılıb.
DİN-in Mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən oğurluq etməkdə şübhəli bilinən rayon sakini İlkin Piriyev saxlanılıb.
Araşdırmalar zamanı həmin şəxs rayon ərazisində olan marketlərdən birinə daxil olaraq oradan 490 manat pul və 20 manat dəyərində müxtəlif növ siqaretlər oğurladığını, eləcə də Quba Poçt filialının 1-ci Nügədi poçt şöbəsinə maddi ziyan vurmaqla oğurluğa cəhd etdiyini etiraf edib.
Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb və araşdırmalar davam etdirilir.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib