Qubada bu ustanın bişirdiyi xaşı Rusiya və ABŞ-dan da sifariş edib alırlar - APA TV

# 13:01
22 oktyabr 2022

Qubada bu ustanın bişirdiyi xaşı Rusiya və ABŞ-dan da sifariş edib alırlar

 

 

74 yaşlı Quba rayon sakini Əliheydər Salmanov ömrünün 53 ilini aşpazlıq peşəsinə sərf edib. Amma bişirdiyi bütün yeməklərdən üstün olan, adla tanınan bir yeməyi də var: xaş.

Əliheydər dayının bişirdiyi xaşın dadı yeyənlərin damağından getmir. Usta aşpaz bildirir ki, bu yeməyin dadlı alınması üçün bir sıra qaydalara əməl etmək vacibdir. Bura ayaqların doğranma qaydalarından tutmuş, yeməyin bişiriləcəyi temperaturun dərəcəsinə qədər bir çox amillər daxildir.

 

ƏLİHEYDƏR SALMANOV AŞPAZ

 

Əliheydər dayının xaşxanasına sübh tezdən üz tutanların da sayı çox olur.

 

ELMAN ATAMOĞLANOV  MÜŞTƏRİ

 

“Əliheydər əminin xaşı adnandır. Həmişə bura gəlirəm, köhnə sənətkarlardandır. Kəlləpaça və xaş bu kişinin adınandır bu zonada. Allah canını sağ eləsin. Siz də çox sağ olun!”

 

 

Yerli vətəndaşlar bu yeməyi usta aşpazın xaşxanasında yeyirsə, ölkə xaricindəkilər sifarişlə öz arzularına çatır.

 

ƏLİHEYDƏR SALMANOV AŞPAZ

 

“Rusiyadan sifariş gələndə axşamdan gəlib deyirlər. Mən də gəlib bişirirəm və bir adamla onu səhər tezdən göndərirəm. Pandemiyadan sonra tələbat 70 faiz azalıb. Bir gün bir yoldaş gəlib xaş yedi burda. Soruşdum hardansan dedi Amerikada yaşayıram. Üstündən iki * keçəndən sonra bir cavan oğlan gəldi ki, ABŞ-a 5-6 pors xaş göndərmək istəyirəm. Burda gəlib yeyiblər, mənə də deyiblər ki al göndər.”

 

Xaşın tibbi xüsusiyyətlərinə gəlincə isə, həkimlər onun tərkibindəki maddələrin sümüklərin möhkəmlənməsinə kömək etdiyini həmçinin immuniteti gücləndirib və insana enerji verdiyini bildirir.

 

Vəli Turan, Rizvan HAcıyev, APA TV, Quba

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR