Qubada əməliyyat: rayon sakini saxlanıldı
Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan APA TV-yə verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etmə, saxlama, daşınma və satmaqda şübhəli bilinən rayon sakini Sasun Yusufov saxlanılıb. Həmin şəxsin üzərinə və yaşadığı evə baxış keçirilən zaman 11 kiloqram 198 qram narkotik vasitə olan marixuana aşkar olunaraq götürülüb. Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Sasun Yusufovun barəsində həbs qətimkan tədbiri seçilib.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu