Qubada itdən qorxan 13 yaşlı qız öldü - TƏFƏRRÜATLAR
Qubada itin hücumuna məruz qalan yeniyetmə qız vəfat edib.
Hadisə rayonun İkinci Nügədi kəndində baş verib. Kənd sakininin həyətinə daxil olan küçə itləri evin qızı 2009-cu il təvəllüdlü Gültəkin Orucovanın üstünə hücum edib.
İt qızı tutmasa da, yeniyetmə ağır dərəcədə qorxub. Yaxınlarının dediyinə görə qız bundan sonra gizli xəstəlik keçirib və hadisədən sonra səhhəti kəskin pisləşib. O, əvvəlcə Qubadakı xəstəxanaya çatdırılıb, daha sonra Bakıya gətirilib və ötən gün paytaxtdakı tibb müəssisəsində vəfat edib.
Qeyd edək ki, Gültəkin Orucova İkinci Nügədi kənd 1 saylı orta məktəbin 8-ci sinif şagirdi olub.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu